Qonaq Kitabı
GÜLMƏLİ MƏZMUN

 

Güldükcə sənin üstünə mən, sən yeri ah et!

Əflaki haman dudeyi-ahinlə siyah et!

Baxma mənə kim, qəhqəhələr yağdırıram, sən

Get, bax özünün hali-əsəfnakına, vah et!

Namusun əgər varsa, bütün ömrünü ağla:

Hər bir səhəri şam, belə şami sabah et!

Mən bir güləgən adəmiyəm, bax, bu mühitin,

Sən gülmə, düşün, canına diqqətlə nigah et

Sən baisisən gülməyimin öz əməlinlə,

Bir güzgü alıb bax da, pəzirayi-güvah et!

Gülməzdim əgər mən də gülünc olmasa idin;

Anla səbəbin, sonra məni xakeyi-rah et!

Ey şeri-büka içrə olan gülməli məzmun,

Nə ağla, nə gül, səy ilə təftişi-fəlah et!

Meymun kimi hər gördüyünü eyləmə təqlid,

Mən söylədim artıq sənə, xah eyləmə, xah et!

Ya mən demirəm müctəhidi eyləmə təqlid,

İstər elə, al xeyr-cəza, xah günah et!

Yoxdur işim, allah bilir, alimlərimizlə,

İstərsən əgər onları başında külah et!

Ancaq deyirəm ki, özün ol bir kişi axır,

Qurtar öz əlinlə özünü, ya ki təbah et!

Qulluq, ağalıq fərqi nədir, qan onu, sonra,

Azad elə övladını, ya bəndeyi-şah et!

Ya aç gözünü, əfsanəmi qıl dərk,

Ya yoxluğa amadə ol, allaha pənah et!

 

 

(... O ...)

“Tuti”, 1917, â„– 7.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info