Qonaq Kitabı
BƏY

 

Tək görürəm durur pozuq kuçədə dün sabah bəy,

Müztəribanə eyləyir hər tərəfə nigah bəy.

Əllərin oynadır, qoyur qoynuna gah-gah bəy.

Həsrət ilə çəkir soyuq ah üzərindən ah, bəy.

Mərsiyə söyləyir gəhi, gah oxuyur, segah bəy.

 

Görcəyin onu oylə mən, tez yürüdüm hüzurinə,

Gəlmiş əcəb, dedim, xələl, bəlkə zərər şüurinə.

Gördüm anın zəval irib qəleyi-əqlü zurinə.

Müntəzir o, bugün, yarın bir yeni qəm zühurinə,

Cayi-pənah axtarır, xud sayılan pənah, bəy.

 

Söylə, dedim, bəyim, nədir səndə görünməmiş bu hal,

Etmiş əhatə hankı qəm, yüz tərəfə gedir xəyal?

Yoxsa, xudanəkərdə, ol şövkətiniz bulub zəval?

Ağzım əyilsin, olmaya qardaşın etmiş irtihal,

Əymiş o gunə qəddini firqəti-gəc gülah, bəy.

 

Etmə sual sən, dedi, halımı, pək xərabdır.

İçgim olub gözüm yaşı, bilmə şərabi-nabdır,

Taleyi-nəhs yuxlamış, ömr deyil, əzabdır.

Varlığımın, deyil şuxi, gördüyünüz sərabdır.

İştə fəqət bu nimcan bi zərü bi siyah, bəy,

Sizlərə hər zaman olan ölkədə “xeyrxah” bəy.

 

Axıradək onun sözün “dörd” qulaq ilə dinlədim,

Kəlmeyi – “xeyrxahə” çox diqqət edib də inlədim.

Ah... bəyim, bu “xeyrxah” olmağınız yalan, dedim,

Adəti idi, o məni tapdamağı minəl-qədim.

Etdi hücum üstümə, çəkdi soyuq silah bəy!

Pürğəzəb oldu şah bəy,

Az qala eyləsin məni,

Qətli-fəna, təbah bəy,

Əqlin itirmiş, ah, bəy

Bulmayacaq fəlah bəy!

Qoyma, gəbərdi, vah, bəy!

Ay getdi rusiyah bəy!

 

 

(... O ...)

“Tuti”, 1917, â„– 3.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info