Qonaq Kitabı
TOƏN, KÜRHƏN!

 

Axır-axır doğdu günü həqqaniyyət, hürriyyətin,

İstibdadın kölgəsini, zülmətini qovaladı!

Mütləqiyyət canilərin, göyçəkəli mürüvvətin,

Xəlqi kəsmək dilədiyi bir anda yaxaladı!

 

Yüksək səsi ədalətin, ey xainlər, durun! – Dedi,

Sonra bir-bir zalimlərin əzlin, həbsin əmr eylədi,

Zalim, xain bir hökumət qalamazdı hiç əbədi,

Məzlum ellər nəfəs aldı, həqq, batili xırpaladı.

 

Adil tanrı diləklərin verdi bütün məzlumların?!

Boğdurtdu öz iti ilə öz övnəsin zalim çarın.

Nəhs ağuşu arasından qurtarıldı yar, əğyarın,

Azədəlik, bərabərlik, birlik günü xoş parladı.

 

Hər məzulin miləl üçün bir atəşdi vücudları,

Xəlqi, həman odlar ilə yaxmaq idi məqsudları.

Qan içməkdən məzhəbləri, altun idi məbudları,

Dövlət, məsnəd xırsızları millətləri həp taladı,

 

Ol kəslər ki, məsnədləri, mülkü, təxti qəsb etmişdi,

Pis köklərin məmləkətin hər səmtində bərkitmişdi.

Qanun, adət, insaniyyət, istək, ülfət həm bitmişdi.

Həqq onları, ancaq bu gün yerlərindən yuvarladı.

 

Ol əllər ki, görükcəyin titrər idi el, millətlər,

Ol əllər ki, qorxur idi ondan şərəf, heysiyyətlər,

Ol əllər ki, hər fərd ondan çəkməkdəydi çox zillətlər,

Ol əlləri, ah oxları – ta dirsəkdən yaraladı!

 

Əski, şansız idarənin qaldı heykəl, nə təməli,

Cümhuriyyət sədaları alqışlayır müstəğbəli.

Toən kürhən çar ikinci Niqalayın bədbəxt əli

Öz xəlinin fərmanını, titrəyərək imzaladı!

 

 

1917,

“Sijimqulunamə”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info