Qonaq Kitabı
HÜRRİYYƏTDƏN KİM NƏ PAY APARSIN?

 

Ölkəmizdə mövcud olan hürriyyət,

Millətlərə boylə eyləsin qismət.

Fin xəlqinə yırtıq yarım istiqlal,

Polyaklara dolu vədə bir çuval,

Ukraynaya muxtariyyət, su-torpaq

Türküstanlı müslimlərə şapalaq.

Litvalıya istəyincə ixtiyar,

Buxaralı, xivəliyə zəhrimar.

Qazaklara hər zad ilə Quban, Don,

Ləzgilərə, çərkəzlərə “paşol von”!

Latışlara ayrılmalı pay çox az,

Cuhudlara, tatarlara beş qapaz.

Xaxollara yerləşməyə buyuruq,

Krımlıya, qırğızlara yumuruq.

Ruminlərə yurd və yuva, yol, iqbal,

Yerli-yurdlu gürcülərə infial,

Qreqlərə, hər nə desə, çal çəpik,

Azərbaycan türklərinə vur təpik.

Uruslara mümtaziyyat, ağalıq,

Erməniyə imperyada darğalıq!

 

 

Milyukov ağzından: Məşədi

Sijimqulu

“Molla Nəsrəddin”, 1917, â„– 21.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info