Qonaq Kitabı
İNŞAALLAH

 

Gələcəksənmi dünənki yerə? – İnşaallah!

Olacaqsanmı şərik alverə? – İnşaallah!

Sizdə, derlərdi, ğonaqlıq olacaq xeyr iş üçün,

Verəcəksənmi qızı Qəmbərə? – İnşaallah!

 Evdə bəs baldızınız da dul idi, onu da həm

Verəcəksənmi yeni bir ərə? – İnşaallah!

Bildir baş tutmadı, derdin ki, qalır, indi bu il

Edəcəksənmi düyün Səfdərə? – İnşaallah!

Tazə, dördüncü bir arvad alacaqsan dedilər,

Çatacaqdırmı əlin dilbərə? – İnşaallah!

Məni də doğrudu: təklif edəcəksənmi toya?

Verəcəksənmi plov, bal, kərə? – İnşaallah?!

Dün yığıncaq olacaq məscid önündə, dedilər,

Rözəxan da çıxacaq minbərə? – İnşaallah!

Küçəkənd mollaları bir tikə insafə gəlib,

Az da olsa, baxacaq işlərə? – İnşaallah!

Əlindən bir uşağın adını bundan sonra,

Laməhala yazacaq dəftərə? – İnşaallah!

İlk bahar açdı üzün dilbəri-hürriyyət ilə,

Açacaq ay dəxi üz bir kərə? – İnşaallah!

Uydu şeytanə müsəlman neçə qəri, indisə də

Baxacaq tanrıya, peyğəmbərə? – İnşaallah!

Bir nizamə düşəcəkdirmi müsəlmanın işi?

Ya bu gunə gedəcək məhşərə? – İnşaallah!

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1917, â„– 11.

 

 

 

 

 

 

 

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info