Qonaq Kitabı
POLİS İDARƏLƏRİ

 

Gətirmiş aləmi təngə polis idarələri,

Baxır nə arə, nə nəngə polis idarələri:

Dolub qılınca-tüfəngə polis idarələri;

Dönüb qabanə, pələngə polis idarələri;

Girib bu xəlqlə cəngə polis idarələri.

 

Bütün idarələr içrə əgərçi yox məzmun,

Olur baxanda əlif qəmətin bükülmüş nun,

Xüsusən, anlamayırlar vəzifə, nə qanun,

Boyaqlı köhnəcə rəngə polis idarələri,

Gətirmiş aləmi təngə polis idarələri.

 

Görəndə kəndlini bazardə polis nəfəri,

Atır zavallıya hər gunə töhmət ilə şəri,

Qatır dama, alır ondan nə varsa simü zəri;

Nə ari, qeyrəti var, nə vəzifədə dəyəri,

Dönüb dənizdə nəhəngə polis idarələri,

Gətirmiş aləmi təngə polis idarələri.

 

Gəlibdi canə əlindən biçarə əhli-bazar;

Hər yoxsulu fəqirə etməkdə rəncü azar;

Bircə polisdə yoxdur xalq ilə yaxşı rəftar;

Çünki naçalnik ilə xəlvətdə alveri var;

El sərbəsər talansa ciblər dolur ki, təkrar,

Yeksər Topal Həsənli quldurları polisdir!

Qatillər, oğrulardan murdarları polisdir!

Qalmış əsir əhali – yox zorları – polisdir!

 

 

1916, “Sijimqulunamə”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info