Qonaq Kitabı
LEYLAC

 

Çəkil canım, demə: azuqəsi yox, acdır millət!

Bilincə, söyləmə kim, hər lütə möhtacdır millət!

Qoyub boş əngini, bica, danışma həqqi-millətdə,

Sana yox ki, ziyanı, qalmadı, ya qaldı zillətdə.

Demə, yaxud deyirsən, laməhalə, söylə xəlvətdə,

 

Əgər görsən də lap min oxlara amacdır millət,

Bilincə, söyləmə kim, hər lütə möhtacdır millət!

 

Özünü bu ağızla sən də bir adammı zənn etdin?

Sözünü xəlq qəlbi zəxminə mərhəmmi zənn etdin?

Qabaqçılarını yaxud özündən kəmmi zənn etdin?

 

Yanılma ol qədər, zənn etmə ki, taracdır millət!

Bilincə, söyləmə kim, hər lütə möhtacdır millət!

 

Demirsənmi ki, iqbal, ömr üçün səy eləyir hər qövm,

Demirsənmi ki, onlar qurtarıb məktəb, alır diplom;

Budur, gəl, pişrəfti bizdə gör, ey bixəbər, əlyövm.

 

Şeyidbazlıq, qumarbazlıqda lap leylacdır millət!

Bilincə, söyləmə kim, hər lütə möhtacdır millət!

 

Biri rəssamdır, bir özgəsi dersən mühəndisdir,

Bu sənətkar, o, fabrikçi, bu filosof, o müdərrisdir.

Yazıq! Bu pişələrdən rövzəxanlıq, falçılıq pisdir?

 

Təmami kərbəlayı, məşhədi və əlhacdır millət!

Bilincə, söyləmə kim, hər lütə möhtacdır millət!

 

Müsəlmanlar gəlib sən söyləməklə, Kəsbər olmaz ki,

Müsəlman xud cahan durduqca yatsın, məhşər olmaz ki,

Misə altun suyu vurmaqla ən xalis zər olmaz ki.

 

Ağarmaz yıxmaqla, bir siyəh sacdır millət!

Bilincə, söyləmə kim, hər lütə möhtacdır millət!

 

Əbəsdir boşboğazlıq, qılmışam min yol bunu təkrar,

Əhalinin giribanından əl çək, eylə istiğfar,

Olur ruzi-cəzadə, aşikardır, məkanın nar...

 

O gün lakin görərsən, hər məkanda tacdır millət!

Bilincə, söyləmə kim, hər lütə möhtacdır millət!

 


(... O ...)

“Babayi-Əmir”, 1916, â„– 30.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info