Qonaq Kitabı
BATMAN QILIC

 

Getmədi, şükr, boşa zəhməti Batman qılıcın.

Oldu axşam səməri, himməti Batman qılıcın.

Kərçi Avropada çəkdi kişi çox rəncü mihən!

Altı il qaldı qərib ölkədə “mətrudi-vətən”

Dilbəri-taleyi açmış yenidən vichəyi-hüsn,

İsfahan oldu yenə qisməti Batman qılıcın,

Getmədi, şükr, boşa zəhməti Batman qılıcın.

 

Həqqini millət əlindən o zaman almış idi,

Quyruğundan dutub evdən eşiyə salmış idi.

Ad, məqam, izzəti getmiş, quru can qalmış idi,

Bir riyal olmuş idi qiyməti Batman qılıcın,

Dükcə gəlməzdi gözə heşməti Batman qılıcın.

 

Mülki-İranda ki, məşrutə qızı açdı üzün,

Zilli-Sultanın o gündən gecə qıldı günüzün,

Söyləyim vaqiənin istəyir isənsə düzün:

Büsbütün itmiş idi isməti Batman qılıcın,

Dükcə gəlməzdi gözə heşməti Batman qılıcın.

 

Bilmədi qədrini kiçik-böyük iranlı bütün,

Oldu qovlanmağı hər bir lütə bir nəşvəli gün,

Halbu kim, xod bud əgər anlamayan millət üçün

Saysız olmuşdu böyük xidməti Batman qılıcın,

Getmədi, şükr, boşa zəhməti Batman qılıcın.

 

Hər qəmin bir fərəhi, hər təəbin rahəti var.

Axır azad olur adəm nə qəmə olsa düçar,

Bir gün ağlar, o biri günlər olur xəndə nisar,

Artıyor öylədə bu, hörməti Batman qılıcın,

Getmədi, şükr, boşa zəhməti Batman qılıcın.

 

Cibdə Moskov pıçağı, ortada London kəməri,

Əldə hökm: İsfahanın hakimi olmaq xəbəri...

Dildə qan içməyə meyl, öndə vilayət səfəri,

El başında yağacaq neməti Batman qılıcın,

Getmədi, şükr, boşa zəhməti Batman qılıcın.

 

 

(... O ...)

“Babayi-Əmir”, 1916, â„– 27.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info