Qonaq Kitabı
EL

 

Qalxmadı, həm qalxmayacaq da hənuz,

Uyğuya dalmış necə bir səng, el!

Uyğunun o, ləzzətini, nəfini...

Anlayıb, olmaz ona diltəng, el!

Sanki ölübdür, belə olmaz yatış,

Gurlasa, diksindirməz min atış,

Min də vuruş, minaçılış, patlatış,

Ya mey içib, ya ki, atıb bəng, el!

Uyğuya dalmış necə bir səng, el!

 

Bax, səbəribdir necə bibak o,

Dersən içib bir lülə tiryak o,

Ax nə gözəl hali-tərəbnak o,

Anlamayır şurü yarış, cəng, el!

Uyğuya dalmış necə bir səng, el!

 

Lap açılıb qarnınadək sinəsi,

Sadə və saf iç üzü, yox kinəsi.

Pusqudadır düşməni-dərunəsi,

Süngülənir qalxsa əgər ləng, el!

Uyğuya dalmış necə bir səng, el!

 

Hər nə olur-olsun, o hiss etməyir,

İş, əməl ardınca düşüb getməyir.

Yoxluq, əsarət onu ürkütməyir.

Çünki sevir ruzi-siyəhrəng, el!

Uyğuya dalmış necə bir səng, el!

 

Öyrənib ömrün sürə məfkurəsiz,

Yurdda yabançı kimi, məmurəsiz.

Molla çağır tez, keçinər surəsiz,

Rəhlət üçün eyləyib ahəng, el!

Uyğuya dalmış necə bir səng, el!

 

Bəlli deyil kim, nə zamandan yatıb,

Ad, qılınc, ar kitabın satıb,

Eşq, ideal, elm ərusin atıb,

Cəhli dərağuş eləyib təng, el!

Uyğuya dalmış necə bir səng, el!

Qalx, səsindən bu il,

Oldu daha dəng el!

Anlamayır xəlq ki,

Qorxusu yox xəsmdən,

Daməni-mollayə çün,

Möhkəm urub çəng, el!

 

 

(... O ...)

“Babayi-Əmir”, 1916, â„– 11.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info