Qonaq Kitabı
VERMƏZİK, YAXUD ÜÇ KİŞİNİN SÖHBƏTİ

 

Yıxdı bizi bu ürəfa firqəsi,

El hamı miskin isə də, verməzik.

Qopdu dəxi kisəmizin həlqəsi,

Cümləsi həmdin isə də, verməzik!

 

Gündə gəlir, hə, nədir, ehsan verək,

Ərdahanın aclarına nan verək.

Kaş deyil pul, deyələr can verək,

Can daha şirin isə də, verməzik,

Cümləsi həmdin isə də, verməzik!

 

Puldur, atam, bunsuz əməl aşmayır,

Hər yetənə verməyə tablaşmayır.

Su ki, deyil, qaynamayır, daşmayır,

Dərdləri səngin isə də, verməzik,

Cümləsi həmdin isə də, verməzik!

 

Bizlərə nə, göylərə çıxmış fəğan,

Zülm oxuna qarslılar olmuş nişan,

Körpələr ac, yaşlarının bağrı qan,

Qartları qəmgin isə də, verməzik,

Cümləsi həmdin isə də, verməzik!

 

Qanə bələnmiş yaralı çox bədən,

Ağ yumuşaq qardan edinmiş kəfən.

Qarsdə qışın lalə açarmış çəmən,

Möhnə, ğəm anın isə də, verməzik!

El hamı miskin isə də, verməzik!

 

Bir kərə, bir növbə deyildir, atam,

Vermişəm üç dəfə bununla təmam.

Saldı ələ lap bizi bu firqə, xam,

Rəhm edəsi hin isə də, verməzik,

Cümləsi həmdin isə də, verməzik!

 

Tacirimiz, o, boşalıbdır cibi,

...Gündə bu çıxmış cibinin lap dibi.

Bax, bu da bən, yoldular ördək kibi,

Adımıza şin isə də, verməzik,

Cümləsi həmdin isə də, verməzik!

 

Beş kərə verməklə də əl çəkməyir,

Gündə gedir, hey qayıdır, ver deyir.

Lüt hamı, çıplaq geyinir, ac yeyir.

Sayları min-min isə də, verməzik.

El hamı miskin isə də, verməzik!

 

Xəlq niku bin isə də, verməzik!

Mütrükə zəngin isə də, verməzik!

Acsa da, zəngin isə də, verməzik!

Cümləsi həmdin isə də, verməzik!

 

 

(... O ...)

“Məzəli”, 1915, â„– 27.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info