Qonaq Kitabı
QIZLARIMIZ

 

Bir qaşıq su gətir arvad, susuzam,

Əqlimi, qalmış idi az, uduzam!

Gəlməyir can yenə dükcə gözümə,

Dur, dur! Əyləşmə, qulaq ver sözümə!

Sıçrayıb başıma qanım, acığım,

Huşumu, su ver içib, başə yığım.

Çıxmışam, lap gödəyi, hövsələdən,

Soyuda bilməyirəm qeyzimi mən.

Əkməyəydi, bəni, ey kaş, atam,

Ya doğeydi – bəni yox – daş, anam.

Daha çox şey görəcək gözlərimiz,

Hər zada öyrəşəcək yüzlərimiz.

Ölmədik də ki, yetək kamimizə,

Düşməmiş boylə “ləkə” namimizə.

Dəyşilərmiş də bu nisbətdə zəman.

Hər əməl başqalaşır, allah aman.

Razıyam yetsə əcəl canımıza.

Yetməmişkən xələl imanımıza.

Bən bu gün görmədiyim qaldı nələr?

Məzhəbə, malə ziyan, dinə xətər.

Görməyəydi gözüm ey kaş, bənim,

Oldu ağzımda – saman-aş, bənim,

Dört kərə səkkiz, iki cür gedişim,

“Rahil”in “şərhinə” döndü yerişim.

Durduğum yerdə dilim döndü ətə,

Sallanıb alt dodağım oldu “kətə”.

Bərələ qaldı gözüm, üzdən iraq,

Qulağım külqabı, burnum doğanaq.

Düşmüş idim elə bir surətə bən,

Görsə idin tanımazdın belə sən!

Gör nələr görmüşəm, arvad, qulaq as,

Sən dəxi saxla müsəlmanlığa yas!

Görməyirmi ki, bizim molla Nəbi!

Bir də o hacı Süleyman, Çələbi;

Tapdayıb hörmətin islamlığın,

Ta çıxıb başına bədnamlığın.

Baxmayıb adlarına, sanlarına,

Qız uşaqların alıb yanlarına,

Başların yırqalaya-yırqalaya,

Kim, aparırlar odur, uşqolaya!

Ey ulu tanrı, özün dadə yetiş,

Qalmadı xəlqdə pul, faidə, kiş,

Qız nədir, uşqola nə? Bu nə günah?

Boylə bidətmi olur, ah, ah, ah!

Hər biri körpə deyil, yesyekə qız,

Eylədi bu bənə təsir cılız.

Sən böyüklükdə biri, bəndən iraq.

Ondan ol digəri də az qorxaq.

Hər biri arvad olub ev dikəsi,

Ər qəbağında süzüb də səkəsi.

Göstərirlər ki, gedib dərs oxusun,

Halbuki, evdə gərək çul toxusun

Başda nə çadra, nə yüzdə niqab.

Büsbütün tərk edilib şərmü hicab.

Görmüşəm ta ki, olub qüssə füzun,

Qalmayıb bəndə bu gün səbrü sükun.

Dən düşübdürsə də saqqallarına,

Gəlməyir böylə bu iş arlarına,

Yol verir hansı şəriət bu işə,

Ya deyir yaxşımı millət bu işə?

Müxtəsər, işlər əcəb oldu təbah,

Çox yaman əsrdir, allahə pənah!

 

 

(... O ...)

“Məzəli”, 1915, â„– 26.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info