Qonaq Kitabı
GÜLÜRƏM

 

Millətin halına bən hey gülürəm,

Xoş gəlir təbimə hər şey, gülürəm,

 

Fikr, zehn, əql bu gün həp çaşıyor,

Qurtuluş içün üməm uğraşıyor,

Adəm övladı bütün ağlaşıyor,

Söyləyir bən dəxi vaxsey, gülürəm;

Xoş gəlir təbimə hər şey, gülürəm.

 

Mülki-Daradə alır atəş ara,

Matü heyran, mütərəddid, üməra.

Dəyşilir gündə rəisül-vüzəra.

Oynayır məmləkəti-Rey, gülürəm;

Xoş gəlir təbimə hər şey, gülürəm.

 

Üç yüz illər uyuyanlar oynayır,

İskeletlər də durub qurdalanır;

Andır İran da özün zində sanır;

Tərpənir Rəşt, Meyamey, gülürəm;

Xoş gəlir təbimə hər şey, gülürəm.

 

Bir tərəfdə görürəm qüvvətü zur,

Ol biri yanda bilik, fənn, şüur;

Əhli-İrani də dutmuş yeni şur,

Başlayır imdi əlif, bey, gülürəm,

Xoş gəlir təbimə hər şey, gülürəm.

 

Gəh gülür, gah də ağlamsınıram;

Gəhi pöhrənlənirəm, gah sınıram,

Qorxmayır, ürküyürəm, diksinirəm,

Çəkirəm ah peyapey, gülürəm,

Xoş gəlir təbimə hər şey, gülürəm.

 

Xəlq bilməz də deyil qəflətini

Xoşlayır o özü öz zillətini;

Yoxluğa doğru qoyub niyyətini,

Eyləyir mərhələlər tey, gülürəm;

Bənzəyir içmişə o, mey, gülürəm;

İlk bahar olmuş ona dey, gülürəm;

Sızlayır bin dil ilə ney, gülürəm:

Xoş gəlir təbimə hər şey, gülürəm.

 


(... O ...)

“Məzəli”, 1915, â„– 8.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info