Qonaq Kitabı
YAT!

 

Buna derlərmi təməddün? O həqiqət bumudur?!

Goğru ha? O deyilən nəşəli nemət bumudur?

 

Söyləyirlər ki, təməddünlə olur mülk abad,

Həm təməddünlü cəmaətdə olur ədl və dad,

Eylənir hər kəsə rəhmət, füqərayə imdad,

İmdi şərh eylə, həman şiveyi-ülfət bumudur?

Doğru ha? O denilən nəşəli nemət bumudur?

 

Hər tərəfdə sürüyor hökm cəfa, zülm, qədər,

Mədəni həm, o yaman zülm, yaxan atəşi-şər,

Mədəni iştə, həp ol ğarətkər canilər,

Qövl elə, fel belə, tazə təriqət bumudur?

Doğru ha? O denilən nəşəli nemət bumudur?

 

Mədəni qövm, o biri qomşusu, qövmü görəməz,

Görməmək istəyər, istəklə onu dindirəməz.

Saf, sadiqliyinə, hər nəsə, qiymət verəməz,

İqtizayi-mədəniyyət, bəşəriyyət bumudur?

Doğru ha? O denilən nəşəli nemət bumudur?

 

Sevməm a... gər o təməddün, o təali, bu isə!

Etibar etmərəm ol rütbeyi-ali, bu isə!

İstəməm, istəməm ancaq o məali, bu isə!

Ah... o xülya kibi ziba mədəniyyət bumudur?

Doğru ha! O denilən nəşəli nemət bumudur?!

 

 

(...O...)

“Məzəli, 1915, â„– 9.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info