Qonaq Kitabı
TƏĞƏLLÜB

 

Əzizim! Şimdi bu dövran sənindir,

Səadət, rahət, izzət, şan sənindir,

Sürahi, mey, məzə, fincan sənindir,

Nüfuzü rəy, güc, fərman sənindir!

Yürütdür hökmünü, meydan sənindir!

 

Gecə boş vəqtini qoyma, şitab et,

Qanın əm, guşti-ümmətdən kəbab et,

Nə qorx, eylə həya, nə ictinab et,

Pıçaq, diş – sıx cismü can sənindir!

Nüfuzü rəy, güc, fərman sənindir!

 

Qara qəlbində yox zərrə mürüvvət,

Yatır sinəndə ancaq kibri-şiddət,

Pərakəndə, pərişanhal millət;

Yanır; bu atəşi-suzan sənindir!

Nüfuzü rəy, güc, fərman sənindir!

 

Sana tanrı veribdir malü dövlət,

Edibdir mülkədar, ey bihəmiyyət!

Çəkir kəndli – qapında – ac, üsrət,

Ürək ğəmli, bədən üryan, sənindir!

Səadət, rahət, izzət, şan sənindir!

 

Gecə-gündüz zavallı rəncbərlər.

Sənin rahətliyindən ötrü işlər!

Yatarsan sən, o, tarlalarda ditrər,

Fəqət zəhmət onun, saman sənindir!

Söyüş, şallaq onun, vicdan sənindir!

 

Keçərmi boylə? Qanesənmi, dövran!

Kəsilməzmi şu gözlərdən axan qan!

Ola yatmış gərəkdir – onda yezdan,

Deyil haşa belə can – sənindir!

Fəqət bir qaç zaman meydan sənindir!

 

Verər bir intiha bu zülmə davər,

Olar bir gün xilas olmaq müyəssər.

Ümidin hiç itirməz rəncbərlər,

Vəli beş günlüyə dövran sənindir,

Təğəllüb, cəbr, zülm əlan sənindir!

Nüfuzü rəy, güc, fərman sənindir!

Hənuz ey mülkədarım, şan sənindir!

 


(...O...)

“Məzəli”, 1915, â„– 5.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info