Qonaq Kitabı
İKİCAN “MƏZƏLİ”

 

Yeni bu şəhrə vürud eyləmişəm,

Baxıram min işə hər an, “Məzəli”,

Həmdülillah, necə xoşbəxt imişəm,

Sahibi-xanəvü mehman, “Məzəli”,

Həmi aşiq, həmi canan, “Məzəli”.

 

Bu məzə kim, görürəm Bakudə,

Görmüşəmsə, kor olum, Makudə!

Yox ki, hər şəhrdə bu, hər kudə,

Naxçıvan təmli, Şirvan məzəli,

Həmi aşiq, həmi canan, “Məzəli”.

 

Yox deyil Şişədə də böylə məzə,

Qətrə olmaz ki, müqabil dənizə?

Lütf edilmiş bu məzə təkcə bizə,

Baxıram dövrəmə; hər yan məzəli,

Həmi aşiq, həmi canan, “Məzəli”.

 

Türfə bir şəhr, əcəb dadlı məkan,

Duzlu bir guşeyi-xəndani-cəhan.

Nazik əşxas, gözəl şivə-lisan,

Bir təsadüf ki, iki can, “Məzəli”,

Həmi evli, həmi mehman, “Məzəli”.

 

Hamıdan kəblə Cəvadım məzəli,

Seyyidü molla Nəjadım məzəli.

Surətim, sözlərim, adım məzəli,

Dolanır tərsinə dövran, “Məzəli”,

Axmada su yerinə qan, “Məzəli”.

 

Eyləyir torpağı əlvan, “Məzəli”,

Xəstəlik gülməli, dərman məzəli,

Elə olsun gərək insan, “Məzəli”,

İndi bir qərni-dirəxşan, “Məzəli”,

Həmi aşiq, həmi canan, “Məzəli”.

 

 

(...O...)

“Məzəli”, 1915, â„– 1

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info