Qonaq Kitabı
SAQQAL

 

Maşaallah, bu deyil riş ki, mərcandır bu!

Yox tükə bənzəri, əbrişəmi-Kirmandır bu!

Dəsti-qüdrətlə xumi-həqqdən əlvandır bu!

Tanrıdan bu kişiyə bir böyük ehsandır bu!

Buna bax, Molla dayı, gör nə dirəxşandır bu!

 

Buna bir dürlü yaqışmaz belə saqqal deyəməm,

İki yüz rəng çalır, sürx, qara, al deyəməm,

Hər qırışmal desə də, mən ki, buna çal deyəməm,

Sənəti-sanei zi qüdrəti-yəzdandır bu!

Buna bax, Molla dayı, gör nə dirəxşandır bu!

 

Bax hələ saqqala, simasına düzgün yaraşır,

Nuri-rüxsarına qıldıqda nəzər göz qamaşır,

Saç kimi şəqqələnir, gah iki çiynindən aşır,

Dami-təzvir deyil, rişteyi-imandır bu!

Buna bax, Molla dayı, gör nə dirəxşandır bu!

 

Boylə bu çöhrə, bu saqqal məni təsxir eləyir,

Özünə doğru həvəs, sevgimi təkşir eləyir,

Çox böyükdür başı, tək bu məni dilgir eləyir,

Ona çox eyb deyil isə də, nöqsandır bu!

Buna bax, Molla dayı, bir yekə qazğandır bu!

 

Kimdir, anlat, tanıyırsanmı, axunda, bu kişi?

Matü heyran buraxıbdır məni tövri-gəzişi,

Bənzəyir Zalə boyu, Givə ləvəndin yerişi,

Zuri-bazudə hələ Rüstəmi-dastandır bu!

Buna bax, Molla dayı, gör nə böyük candır bu!

 

Şəhri-Tiflisdə yox bircə nəfər tay buna,

İşbu saqqal verilib əqlə bədəl pay buna,

Əlli yol rəng urulur həftə buna, ay buna,

Hind əqiqindən ikiqat da rəxşandır bu,

Həfzənallah, elə bil şaxeyi-mərcandır bu!

Rəngmi, ya ürəyimdən süzülən qandır bu?!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1914, â„– 25.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info