Qonaq Kitabı
VARDIR O

 

Yuxlayıbdır, bax ona, sanma ki, bidardır o,

Beş pıçıq əsr olur ki, bu qılıq vardır o,

Qeydsiz, rahət, asudə və bikardır o,

Cəhl sərgəştəsi, qəflət qulu, qəmxardır o,

Köhnədən bu mərəzə boylə giriftardır o.

 

Bu böyük heykəli hər adlıyı diksindiriyor,

Yek nəzərdə ürəyə zərbeyi-xof endiriyor.

Olsa şir, örgədiyor, seyr edəni sındırıyor.

Qorxudur Rüstəmi-Zal olsa da, naçardır o,

Beş pıçıq əsr olur ki, bu qılıq vardır o.

 

Xəlq bu heykəli xuşgideyi-ziruh sanır,

“Mumiya” olduğunu bilməyərək, daldalanır.

Canlıdır, der ona bəziləri, el də inanır.

Diridir, nə ölüdür, məst, nə hüşyardır o,

Beş pıçıq əsr olur ki, bu qılıq vardır o.

 

Dürtmələ, səslə, qımıldarmı, yəqin eylə ki, yox!

İmtəhan etmək üçün sapla cigərgahına “ox”!

Yıldırımlar şaqıyıb, fırtınalar partladı, çox,

Bilmə ki, böylə birindən də xəbərdardır o,

Beş pıçıq əsr olur ki, bu qılıq vardır o.

 

Gurlayan toplar açır binlər ilə odlu məzar,

Kürreyi-ərzimizi titrədiyor vəlvələdar.

“Dirjabillər”, “gəmilər”, “avtomobillər” səs urar,

Tapdalanmazsa, oyanmaz yuxudan, kardır o,

Beş pıçıq əsr olur ki, bu qılıq vardır o.

 

Axmayır, donmuş onun rəngləri içindəki “qan”,

Sinəsində nəfəsi yox, quru cismində də can.

“Zində kərdə”vü əntiqeyi-bəxaliqi-cəhan

Bir tolambaclı, tühəf xilqəti-sərkardır o,

Beş pıçıq əsr olur ki, bu qılıq vardır o.

 

Əlqərəz, işbu heyvərəyi bədən sanmamalı,

Güclü, “məfkurəli” insan deyərək, anmamalı

Hali- bihalına qəlbən acınıb, yanmamalı.

Çünki bu hali-qəməfzayə tələbkardır o,

Özü öz canına bir xəsmi-sitəmkardır o,

Evi çiynindəcə, dərvişi-səbəbkardır o,

“Evdə al” düşkünü, iş yorğunu, əhrardır o,

Beş pıçıq əsr olur ki, bu qılıq vardır o.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1914, â„– 25.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info