Qonaq Kitabı
MƏKTƏB UŞAĞI

 

Sübh açılan tək oyanır uyğudan,

Bir güli-gülzari-dəbistan çocuq!

Qalxır ayağə, yuyunur pak olur,

Bülbüli-baği-ədəbistan çocuq!

 

Evdə yatıb qalmayaraq kurtək,

Dişrə çıxıb cilvələnir nurtək.

Dərs evinə əzm eləyir hurtək,

Tərbiyəyə, elmə şitaban çocuq.

 

Məktəbə daxil olur insan kibi,

Dərs oxuyur bülbüli-xoşxan kibi,

Elmi sevir ruh kibi, can kibi,

Fikri gözəl, əqli dürəxşan çocuq!

 

İştə uşaq dərsinə müştaq olur,

Şüğlü yazı, mayili-övraq olur,

Səyli olduqda yüzü ağ olur,

Eyləyir əhbabını xəndan çocuq!

 

Cəhd eləyir, etməyərək tənbəli,

Elm oxuyub güldürə müstəqbəli,

Şəni-bəşər elmilədir çün, bəli,

Elm oxuyur nitqi dürəfşan çocuq,

Meyvəyi-baği-ədəbistan çocuq!

 

 

Əli Nəzmi

“Məktəb”, 1913, â„– 6.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info