Qonaq Kitabı
ŞAİRDİ, MAŞAALLAH

 

Qafqaz dolu sərasər, şairdi, maşaallah,

Fənnində həpsi şerin, mahirdi, maşaallah,

Əşarı zövq bəxşi-xatirdi, maşaallah,

Küllən bədiə, şeri-bakirdi, maşaallah,

Gizlin deyil, həqiqət, zahirdi maşaallah,

Zalım uşağı, dersən Sabirdi, maşaallah!

 

Bu möhtərəmlər ilə... islam müftəxirdir,

Məlumdur ümumə, hər yerdə müntəşirdir,

Xəsmin həsəddən eyşi, həm qəlbi münkəsirdir.

Söylər, yazar bədahə, əşarə, müqtədirdir,

Bunlar deyil ki, şair, sahirdi, maşaallah,

Zalım uşağı, dersən Sabirdi, maşaallah!

 

Nəql eylədi, eşitdim, bir danə hacı oğlan

Kim, var imiş iki-üç növrəs cəvan süxəndan,

Məsti-şərabi-millət, bihuşi-fikri-övtan,

Yekray, qövl, məslək, birdilü birkönül, can

Pəh millət ehtiyacın zakirdi, maşallah,

Zalım uşağı, guya Sabirdi, maşaallah!

 

Bu vəzndə birər şer yazsınlar, istəyirlər,

Yürümək başarmırkən, dazsınlar, istəyirlər,

Şerə bununla bir gor qazsınlar, istəyirlər,

İnsaf, ədəb izindən azsınlar, istəyirlər,

Üç-dördü birləşibdir, əlbirdi, maşaallah,

Zalım uşağı, dersən Sabirdi, maşaallah!

 

Gündən-günə təşair ərbabı çox-çoxaldı,

Xamə yerinə bunlar, cümlə ələ ox aldı,

Şair olan azldı, hətta belə yoxaldı,

“Xürrəm”lərin aşından millət yedi toxaldı,

Bu iqtidarı şair batırdı, maşallah,

Əşarı zövqbəxşi-xatirdi, maşaallah!

 

Qafqazlılar edirdi pul, mal sirqət əvvəl,

Qızlar, qadınlar həm tək-tək atırdılar əl,

Oğlan qaçırtmağa bu, oldu sora mübəddəl,

Var indi də noicad bir oğruluq mükəmməl,

Bu iş də ixtirari-axirdi, maşaallah,

Hər pişədə müsəlman mahirdi, maşaallah!

 

Bu ixtiran-axir əşar oğurlamaqdır,

“İqbal”, “İşıq”çılara yazmaq və yollamaqdır,

Ən, ən böyük cəsarət ənzarı bağlamaqdır,

Binlərlə qareini, ürfanı tavlamaqdır,

Böylə hər işdə nazir, basirdi, maşaallah,

Mədhində bunların dil qasirdi, maşaallah!

 

Bu işləri görəndən sonra bütün matam mən,

Əl çəkmişəm özümdən, az qalmışam batam mən,

Qət etmişəm ki, daxi şairliyi atam mən,

Dəftər, qələm, kitabı toplaşdırıb satam mən,

Çünki süqutumuz pək zahirdi, maşaallah,

Şairlərin vücudi hazırdı, maşaallah!

 

Qorxum budur yorulsun təbim atı “yarış”da,

Keçsin qabağə məndən yoldaşlar on “qarış”da,

Onlarə mən müqabil olmam bu qat-qarışda,

Olmaz, dəyildir adət, xudbinlərə “barış” da

Əfkarı onların çün sairdi, maşaallah,

Şəxsiyyətə, dolabə dairdi, maşaallah!

 

Heyfa, deyil müsaid vəqtü zəmanü əyyam,

Açmağə qoymuyur göz ənduhü dərdü alam

Kim, nuş edib əlindən yarın iki dolu cam,

Sinəmdəki məramı ta eyləyəydim ifham,

Bəzi cəvanlara kim, meydanə çıxdılar xam,

Fəhmə fəqət bu canlar qadirdi, maşallah,

Biqeydi-ğəm, həmi şən, şatırdı, maşaallah.

Yazmaqda şerü əbyat, gəzmək səma, səməkdə,

Şürərayi-binəvanın şerin bəyənməməkdə,

Sirqətdə mətləin tək mahirdi, maşaallah.

Hər kəs buna desin ki,

Şairdi, maşaallah,

Əhsən və barakallah!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1913, â„– 23.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info