Qonaq Kitabı
QƏZƏL

 

Şərabın nolduğun məndən soruşma, xan olandan sor!

Səfasın, ləzzətin mən bilmirəm, sultan olandan sor!

 

Bunun xasiyyətin hər nabələddən, naşidən sorma,

Gecə-gündüz əlində dopdolu fincan olandan sor!

 

Hər ahil, cahil annarmı şərabın ləzzətin, dadın?

Sorursan laməhalə, arifü əyan olandan sor!

 

Əbəsdir elmsizlərlə bu sözdən bəhs edib durmaq,

Ziyalı, elmli bir sahibi-ürfan olandan sor!

 

Dilənçi anlıyırmı kim, nədir meydə olan nəşə?

Bu nəşə nə yaralıq etdiyin bican olandan sor!

 

Nə məlumat istərsənsə meydən, al müəllimdən;

Atalar söyləmiş, kəhriz işin kənkan olandan sor![1].

 

Soruş şairdən əhvalatını bu abi-gülrəngin

Cəvahir nolduğun boylə demişlər: kan olandan sor!

 

Keyfin məst olmağın həmmaldən, baqqaldən sorma,

Qraxmallı, ədəbli, elmli insan olandan sor!

 

Şərabın hər nə isə zövqünü, təsirini ruhə

Şərab ilə rəvanı cismdə pünhan olandan sor!

 

Zərərlidir, deyirlər, canə, ancaq eyləmə bavər,

Onun nəfin gedib meyxanədə viran olandan sor!

 

Deyirlər kim, mənə içmə... Bunu qabilmi tərk etmək?

İnanmırsan əgər, hər aqilü nadan olandan sor!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1913, â„– 14.



[1]  Kitabda: Müəllimlər əlindən çox gəlir hər kar, ondan sor!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info