Qonaq Kitabı
YAZIRSAN, YAZIM

 

Sən yazırsan mənə, ay Molla ki, əşar yazım,

Şəhrimizdə nə əməl, iş, nə xəbər var yazım,

Eyləyim pak müsəlmanlara azar, yazım,

Şeyxi, mollanı, əfəndiləri bədkar yazım,

Mülkədarı, bəyi və xanları xunxar yazım.

 

 

Mənə bu qorxulu təklifi edirsən niyə sən,

Deyiləm ki dəli, allammı bunu boynuma mən?

Keçməmişəm ki, salım təhlükəyə, canimdən,

Götürüb mollanı jurnalda bədəfkar yazım?

Eyləyim pak müsəlmanlara azar, yazıb?

 

Eyləyirsən məni bir su yeriməz arxa cuvar,

Həm yarıtmaz da qoyursan adımı, mən zinhar,

Mülkədar ilə olurmu eləmək pis rəftar

Eyləyirsən məni müşkül işə vadar, yazım?

Mallı, pullu kişini zalimü qəddar yazım?

 

Bəylərə, xanə dolaşmaq da zərafətmi məgər,

Axtarır Qaxqulu bəy müftə adam, atmağa şər.

Danos eylər, bir ölü bəy adını yazsan əgər,

Necə hər gizlini mən eyləyib izhar, yazım?

Qorxmayıb Qaxqulu bəydən elə təkrar yazım?

 

Tazə  fikrə sarı nasıl çəkərəm millətimi?

Söyləsəm qızlar açıq gəzsin, əzərlər ətimi.

Eyləyim onlara izhar necə nifrətimi?

Ya necə bir belə əyriləri həmvar yazım?

Gül kimi pak müsəlmanları murdar yazım!

 

Sən bu canlara sataşmağı sanırsanmı qolay,

Öylə bir fikirdəsənsə, yanılırsan, hay-hay,

Kim olursa, olacaq gündə minər lənət pay,

Mən olummu bu qədər lənə giriftar, yazım?

Kimdi bu ləni götürməkdə mənə yar, yazım?

 

Yapışıb min dənə şeytan balası hər tükünə,

İstəyirsən məni də lap salasan öz kökünə,

Taylarımdan ayırıb, tay eləyəsən yükünə,

Adətə, dinə sənintək olub əğyar, yazım?

Gav-mahini, göyü eyləyib inkar, yazım?

Ayığı məst, bütün məstləri hüşyar yazım?

Haşəlillah, eyləyim mən belə rəftar, yazım?

Tövbə-əttövbə ki, mən bu cürə əşar yazım!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1913, â„– 10.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info