Qonaq Kitabı
TOFİQ FİKRƏTƏ BƏNZƏTMƏ

 

Dincəlməli, artıq, yetişir bir belə zəhmət,

Rahətlənərək, yuxlamalı bir neçə müddət.

Əlhəq neçə ildir çəkirik xeyli əziyyət,

Oldu dəxi həm elmli, sənətli bu millət.

Həyyilərə, hökmilərə, babilərə nəhlət,

Sən gül bizə, sən gül bizə, ey maziyi-zülmət.

 

Ey zülməti-mazi, sənə azdır bu təhəssür,

Dünya düzələr, dövran əgər etsə təkərrür.

Saç zülmətini, tazəliyin nurunu söndür,

İstər yaşasın hər lotu, hər bambılı, hər hürr

Məcmuəçi, şair və mühərrirlərə nəhlət,

Sən gül bizə, sən gül bizə, ey növmi-üxüvvət.

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1913, â„– 9.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info