Qonaq Kitabı
EY NÜTFEYİ-ŞEYTAN

 

Aç ağzını bir az danış, ey piri-süxəndan.

Tök söz yerinə ortalığa ləli-drəxşan.

Dikmiş, ay əfəndi, sənə göz cümlə müsəlman,

Et qullarını söhbətinə valehü heyran,

Ancaq elə dildə de ki, kəndin də onu qan.

 

De kim qalacaqdır bu rəvişdə geçə, dünya?

Qalmadı peyğəmbərlərə də, puç bu məva,

Getdi hamı: İdrisü Şüeybü Zəkəriyya,

Nuh, Adəmü Musa ilə Jəhyavü Məsiha,

Davud və İshaq hamı, Şis, Süleyman.

 

De boylə: əgərçi qaradağlı yekələndi,

Həp rum elini Serb ilə Bulğar yiyələndi,

Səhralərə küncüd kimi türklər səpələndi,

Türk ailəsi başlarına küllər ələndi,

İncinməməli, dust dutar sabiri sübhan.

 

De səbr eləsinlər ki, bu miftahi-fərəcdi,

Səbr etsələr, axır düzələr iş, demə gecdi,

Ləc çəkmə, görəndə ki, qabağındakı ləcdi,

Bir şəhr nədi? Beş araba daş ilə gəcdi,

Üç gündə dikərlər qala sağ əldə əgər can.

 

Dünya qalacaqdır kimə, de, ay büdəlalər.

Bu yer sizin olsun dutalım həpsi sərasər,

Fərqi nədi, məğlub olasan, ya ki, müzəffər,

Kaşanə ola məskənimiz, ya quru məqbər,

Surin nəfəsilə olacaq cümləsi viran.

 

Nə şanü huquqü şərəfü ar ilə namus?

Ölkə çıxacaq əldən, olalım ona məyus?

Birdir, asılar məbədə Ay olmasa, naqus,

Gec-tez vuracaq dəsti-əcəl rəhlət üçün kus,

Ölsən, nə olur ki, bizə beş gün qabaq ondan?

 

Onları yatırtdın elə ki, oylə əfəndi,

Sonra genə gərdənlərinə bağla kəməndi,

Elmi-qoğaraq, sal işə cəhli, elə fəndi,

Başlarına vur noxta, ağızlarına bəndi,

Qoyma danışa elm sözün, kəlmə də ürfan,

Ol xürrəmü xəndan, sud et iki yandan,

İslam alacaqdır, sat lobya – badımcan,

Ey nütfeyi-şeytan!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1913, â„– 7.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info