Qonaq Kitabı
İDEAL

 

Qafqazlıyam, əlbəttə, qaçaqlıqdı xəyalım,

Dindar müsəlmanəm, açıqdır pərü balım.

Dünyadə igidlikdə mənim yoxdu misalım,

Öyrənməmişəm elm, ola kim, vizrü vəbalım,

Puç olmağıdır millətin ancaq idealım.

 

Dünya başa-baş elm ilə gər dolsun, işim yox,

Ətfali-vətən elmsizin solsun, işim yox.

Xud millət özü nasıl olur-olsun, işim yox,

Qısqanmaram, od düşsə, bütün yansa mahalım,

Puç olmağıdır millətin ancaq idealım.

 

Yalım ağarıbdır, yetişib yetmişə yaşım,

Düşmən qəməsilə çapılıb min kərə başım.

Rəngin edib ağ saqqalımın qırmızı, yaşım,

Ta hal fəqət olmayıb ağ əqlü kəmalım,

Puç olmağıdır millətin ancaq idealım.

 

Birlik sözünü atmışam, əsla ona baxmam,

Min pislik ola qatlaşaram, hiç darıxmam.

Artdıqca yamanlıq dözərəm, qəlbimi sıxmam.

Gər olsa bu iş baisi-ifnayü zəvalım,

Puç olmağıdır millətin ancaq idealım...

 

Kəndimi yəhudilərə oxşatmamışam mən,

Gürcülərə bil ki, özümü qatmamışam mən,

Rus, ermənitək kəndimi aldatmamışam mən,

Məktəb qapısın görməyib a, əhli-əyalım,

Puç olmağıdır millətin ancaq idealım.

 

Dəxli mənə yoxdur ki, qəzetlər yubanırlar,

Pulsuz qapanırlar, dayanırlar, usanırlar,

Hərçənd ki, odlarə yaxır onları halım,

Mən sevmirəm onları fəqət, ay qadan alım,

Puç olmağıdır onların ancaq idealım...

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1913, â„– 2.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info