Qonaq Kitabı
DÖVLƏTLİ XANIMLAR

Şəhərimizdə bir dövlətli xanım var. Bayram qabağı xanım bir xəyallandı darül-tərbiyədəki övrət-uşağa paltar tikdirsin ki, allah da xanımdan razı olsun; amma təqvimə baxdırdı gördü ki, saat xoş deyil. Sonra bir belə fikrə düşdü ki, Qafqaz mühacirlərinin hərəsinə bayram axşamı bir qədər xərclik paylasın. Yenə təqvimə baxdı gördü ki, yazılıb “nə şayəd”.

Axırda dedi: xub, neçə-neçə ali imarətim var ki, bir-birinin içindədir, bu imarətlərin birini allah rizası üçün vəqf elərəm idareyi-maarifə (inşaallah) ki, orada yetim uşaqlar üçün bir böyük mədrəsə qərar verilsin.

Yenə təqvimə baxdı gördü ki, ağayi-Hacı Nəcmüddövlə fərmayiş edir ki, bayram axşamı həna qoymaqdan savayı heç bir işə iqdam eləmək rəva deyil.

Labüd və naçar qalıb, xanım həzrətləri məşğul oldu paxlavaları bişirməyə və bizə də göndərmişdi; allah sizə də qismət eləsin. Amma paxlavaları yedim yatdım, yuxuda gördüm ki, bir neçə il bundan əqdəm Təbrizdə cəmiyyəti-xeyriyyə üçün bir mötəbər və xeyli dövlətmənd hacı cənabları, - bilmirəm dəli-divanə imiş nə imiş, ya məcburiyyət üz vermiş imiş, - xülasə, mərhum alicənab cəmiyyəti-xeyriyyəyə öz ali imarətlərinin birini yalandan ehsan eləmiş imiş:

Xülasə, nə başıvı ağrıdım, bir gün...

 

Hərdəmxəyal.

“Molla Nəsrəddin”,  6 ramazan,  1339 (15 may, 1921),  N 8.

 

 

 

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info