Qonaq Kitabı
ALTI MİLYON

Osmanlı qəzetləri yazırdı ki; “İstanbul şeyxülislamı fitva verib Kərbəla mövqüfatı satılsın və vüsul olan altı milyon manata Kərbəlada bir xəstəxana və Bağdadda bir darülfünün təsis olunsun”.

Qəribə budur ki, qəzetlərimizin çoxusu bu xəbərə sevindilər və hətta “Bürhani-tərəqqi” belə yazır:

“Ah, nə gözəl təşəbbüs, nə gözəl iş!”

Bizim bu barədə çox sözümüz var. Amma müsəlman qardaşlardan təvəqqə edirik ki, hər kəs bizi söyəcək, indidən söysün ki, söyüş kağızlarını oxumağa macalımız olsun, yoxsa sonra Kərbəla mövqufatı xüsusunda söhbət edəndə o qədər föhş kağızları üstümüzə töküləcək ki, oxuyub qurtarmağa fürsət olmayacaq.

Ax, ay nainsaf şeyxülislamlar! Hər şey qurtardı, indi də Kərbəla qızıllarına əl apardınız!!!

Ax, aman allah!

 

Lağlağı.

“Molla Nəsrəddin”,  16 aprel,  1911,  N 14.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info