Qonaq Kitabı
Sən gedəndən bəri, ey üzü dönmüş

Sən gedəndən bəri, ey üzü dönmüş,
Gözlərəm oturub yol qabağında;
Soruşdum zülfünü səbadən, dedi:
Baş çəkər kəmərə bel qabağında.

Dad eylərəm, yetişməzsən harayə,
Neçün rəhmin gəlməz mən binəvayə;
Eşqin çox aşiqi verib fənayə,
Çör-çöp dayanarmı sel qabağında?

Müddətdi könlümü ğəmzən alıbdı,
Gəlmədi, gözlərim yolda qalıbdı;
İndi deyirlər ki, çahə salıbdı,
Zənəx kənarında, tel qabağında.

Çin leşkərin çəkib zülfi-çəlipa,
Həstimi-nistimi eylədi yəğma.
Kimsə qınamasın, mən təkü tənha
Necə durum ağır el qabağında!

Olubdu vətəndən avarə Zakir,
Düşüb səhralərə, dağlarə Zakir.
Hicranın yanında biçarə Zakir
Geyitkən koludu yel qabağında.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info