Qonaq Kitabı
“MILLƏTPƏRƏST”

Bilmirəm, vallah, doğrudurmu, yalandırmı amma belə danışırlar ki, bu zamanlarda ölkəmizin narodnı direktorları bir cürə məzəli və ağla gəlməyən vasitə tapıbdılar ki, onunla hər bir məxfi və gizli əhvalatı bilirlər. Məsələn, bu gün müəllimlər bir yerə yığılıb, milləti irəli aparmaq üçün söhbət edirlər. Belə söhbət ki, “sair adamların” ondan xəbərdar olmağı yaxşı deyil. Qərəz, müəllimlər söhbətlərini eləyib arxayınca dağılırılar ki, bəli hər nə ki danışmışıq palaz altında qalacaqdır. Amma sabahı günü baxıb görürsən ki, həmin söhbət palaz altından qaçıb, bəndbəbənd narodnı direktorun qulağına griibdir!...

Belə rəvayət eləyirlər ki, bu işdə casus... (yox, dilim dolaşdı) cadügünlük vardır.

*        *        *

Casusluq, filanlıq o yanda dursun, amma bu saat bizim hamımıa elədir ki, hərənin başından bir avaz keçir. Birdən görürsən, birisi adını “millətpərəst” qoyub, başlayır təpəsinə adam yığmağa. Adam da yığılır, çünki yazıqlar nə qayırsın?! Deyirlər ki, bəlkə özümüzə bir nicat yolu tapaq. Qərəz, elə ki hərif camaat içində özünə bir “ali məqam” qayırdı və yerini “rahatladı”, haman dəm təbəələrinə elan eləyir ki, bəs, sözün doğrusu, siz gərək mənə nökərçilik edəsiniz və məni də həqiqi ağa bilib, barmağımı qalxızanda xoruz kimi banlayasınız. Bunlar bu cür təklifdən bir qədər şübhəyə düşürlər və bilmirlər ki, nə qayırsınlar, amma yenə də bir müddət xoruz kimi banlamağa başlayıb deyirlər ki, qoy görək nə olacaqdır. Lakin axırda baxıb görürlər ki, yox, “millətpərəst” ağanın fikri meymun oynatmaq və nahaq yerə xalqı ələ salmaq imiş... Ona görə birdən hərif baxıb görür ki, meydanda tək qalıbdır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info