Qonaq Kitabı
DOST MƏKTUBU

İrandan baş götürüb Rusiyaya qaçmış və Rusiyadan baş götürüb Osmanlıya qaçmış və Osmanlıdan da baş götürüb uzaq və lap azad bir məmləkətə qaçmış yoldaşımdan dünən bir məktub aldım.

Rəfiqim məni üç şeydən xəbərdar edir və deyir ki, camaatın bədbəxtliyi bu üç şeydəndir. Bunlar budur: pulpərəstlik, şan qazanmaq və bir də riyakarlıq.

Dostum yazır ki, əslinə baxsan, pulpərəstlik elə bir alçaq sifətlərdən deyil, çünki, məlumdur ki, bu dünyada pul diriliyimizin ümdə vasitəsidir. Məsələn, bu gün mənim cibimdə pul olmasa, ac qalmaq, lüt gəzmək o yanda dursun, ən yavuq rəfiqlərim belə mənim üzümə baxmaq da istəməzlər və nəyə baxsınlar? Vəqta ki, mənim qarnım ac və əynim yalavacdır, o binəvalar məndən nə feyz apara bilərlər?!.. Qərəz, onu deyirəm ki, pulpərəstlik pis şey deyil, amma bu şərtlə ki, həddindən çıxmayasan.

Mənə deyirlər ki, necə yəni həddindən çıxmayasan. Yəni milyoner olmayasan?! Onda deyirəm ki, xeyir, mən onu demirəm. Mənim dediyim budur ki, pul qazanmaqda sairlərinin mənafeyinə əl uzatmayasan, məsələn, tutalım ki, sənin əlində bir qədər maya vardır ki, sən onunla özünü dolandıra bilərsən, amma sairinə bədbəxtlik üz verib pulsuz qalıbdır. Birdən görürsən ki, sənin də və onun da pul qazanmaq üçün əlinizə bir fürsət düşür. Sən haman saat səy edirsən ki, fürsətdən istifadə edib, o pulu öz əlinə salasan; dəxi bunu fikir etmirsən ki, axı sənin heç olmazsa, bir qədər pulun vardır, amma bu kişi acından ölür, qoysana ki, o pulu qazanmaq fürsəti bunun əlinə düşsün!

Bir dəfə gedib görürəm ki, kəndin adamlarını başına yığıb rus zakonlarından nağıl edir. Deyirəm: evin yıxılsın, səni bura dərs deməyə göndəriblər, yoxsa deyiblər ki, get, camaata yuristlik elə?! Mən sənə deyim: Bir az keçməz, görərsən ki, Mirzəqulunu qovdular, vallah.

[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info