Qonaq Kitabı
MÜHÜM SUALLAR VƏ ƏHƏMİYYƏTLİ CAVABLAR

Sual: Biz nə üçün geridə qalmışıq?

Cavab: Çünki bizi irəli aparanlar cibləri ağırlıq etdiyinə görə, yorulub yolda qalıblar. Ciblərinin də nə səbəbə ağır olduğunu mən bilmirəm. “Vısşi kurs” qurtarmışlarımızdan xəbər al, desin.

Sual: İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcəkdirlər?

Cavab: İdareyi-ruhaniyyələrimizin düzəlməsi “Stanislav” və “Anna” nişanlarının çoxalmasına bağlıdır. Döşümüz nişanlarla təzyin edildikcə, idareyi-ruhaniyyələrimiz müzəyyən olub düzələcəkdir. Nişan almağın da yolunu mən bilmirəm, “Molla Nəsrəddin”in əvvəlinci səhifəsi ilə bərabər, “Tərcüman”ın 36-cı nömrəsindən xəbər al, desin.

Sual: Məktəblərimiz nə vaxt islah olunacaqdır?

Cavab: Ana dilimizi bilmərrə unudandan sonra. Ana dilini unutmaq yolunu da bilmirəm, Zaqafqaziya seminariyası müəllimlərindən xəbər al, desin.

Sual: Bizə nə lazımdır?

Cavab: Dinc-dinməz oturub, öz hüquq və ixtiyaratını almaq üçün mübarizə edən millətlərə tamaşa eləmək. Məşğuliyyət üçün bir-birimizi öldürmək. Qanlılıq salmaq, amma “heç bir kağıza qol qoymamaq və heç bir məclisdə iştirak etməmək”. Bunun da hikmətini bilmirəm. Peterburq şəhər hakimi ilə bərabər Axund Bayazidovdan xəbər al, desin (...)

Sual: Biz nə etməliyik?

Cavab: Sözün doğrusu heç nə, çünki bir işə iqdam etdikdə, onu başa vurmaq lazımdır, biz isə hər bir işimizi daim yarımçıq qoyuruq. Bunun da səbəbini mən bilmirəm, bütün adamlarımızdan xəbər al, desin.

Sual: Nə üçün bizim elmimiz yoxdur?

Cavab:  Hansı elm? (...)



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info