Qonaq Kitabı
QƏZET OXUYAN

Qəzet oxuyan müsəlman qəzetdən məlumat qazanır, biliyi artır. Ona görə, “qəzet oxumaq müsəlmana haramdır”.

Qəzet oxuyan müsəlman bütün aləmin əhval və övzaından xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisə və vaqiələri bilir. Ona görə, “qəzet oxumaq masəlmanlara haramdır”.

Qəzet oxuyan müsəlmanın ağlı artır. Dargöz olmur, hər bir işə əqli-səlim nöqteyi-nəzərindən baxır. Ona gözə, “qəzet oxumaq masəlmanlara haramdır”.

Qəzet oxuyan müsəlman qəzet sütunlarında dərdinə dərman, ehtiyaclarına əlac, işinə əncam tapır. Ona görə, “qəzet oxumaq masəlmanlara haramdır”.

Qzəet oxuyan müsəlman qəzetdən təsəlliyab olur, qəm və kədəri dağılır, qəmabad könlü təskinlik tapır. Ona görə, “qəzet oxumaq masəlmanlara haramdır”.

Ona görə müsəlmanlar məlumatsız, biliksiz olsunlar, dünyadan xəbərləri olmasın. Dargöz, ağlı gödək olsunlar, öz dərd və ehtiyacından, qorxulu müsibətindən bixəbər olub, çarəsiz, dərmansız, əncamsız qalsınlar; ürəkləri deşən qəm və ələmdən xilas olub, təsəlliyab olmasınlar. Bunların hamısı “halaldır!”



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info