Qonaq Kitabı
RUSİYAYA BİR NƏZƏR

Hökumət birinci dumanı təşkil edən millət vəkilləri ilə müvafiqət edə bilmədi. Vəkillərin tələbləri hökumət nəzərində hüsulu və icrası namümkün göründü. Vəkillər isə öz tələblərinin haqq olub, millət ehtiyacatını rəf və səadətini təmin edəcəyində əmin olduqlarına görə, dediklərində kəmali-səbat ilə durub dayandılar. O surətdə hökumət dumanı buraxdı, fevral ayında ikinci bir duma açılacağını əhaliyə elan etdi. Əhali isə firqələrə bölündü. O firqələrdən birisi dumanın buraxılması ilə bütün ümid və intizarını itirib, orda-burda hökumət məmurlarını qətl etməklə dumanı buraxanlara düşmən olduğunu elan etdi. Indi duma buraxıldıqdan bəridir ki, haman firqə yas və ümidsizliyin son mərtəbəsinə düçar olmuş adamlar kimi, guya dünya səadətindən bir kərə qəti surətdə sərfi-nəzər edib, ona düşmən görünən adamları öldürür, tələf etməyə çalışır. Həe yerə, hətta, əcnəbi məmləkətlərə də belə vahimə və xoflar salır. Hər yerdə nizamsızlıq hökmfərmadır, hökumət belə zənndə idi ki, bu nizamsızlıqları tədabiri-şədidə, qüvvəyi-əsgəriyyə ilə məhv və nabüd etmək olarmış. Lakin müruri-əyyam əksini göstərirdi. Sədr-əzəm (premyer-ministr) Stolıpinin ittixaz etmək istədiyi liberalizmi, əvvəlinci dumanın sabiq mötədil üzvlərindən vəzirlər təyin etmək fikrinin qövldən felə keçməsi nizamsızlığı daha da artırdı, daha da şiddətləndirdi. Varşavada bir günün içində vaqe olan qətl və cərhlər bütün Rusiyanı titrətdi. “İnqilab başlandı” – deyə şəkk və şübhə qalmadı. Hökumət isə yenə əvvəlki politikasından əl çəkməyib, belə qanlı və dəhşətli vüquata qarşı tədabiri-cəbriyyə ilə müqabilədə davam etdi. Axırı iş o məqama çatdı ki, ministr premyer Stolıpinin öz canına sui-qəsd olunub, özü sağ qaldısa da, neçə-neçə günahsız canlar tələf oldu. Bu hadisənin dəhşəti bütün aləmə əsər etdi. Hamı nifrət və ikraha gəlsi, bir tərəf hökuməti, digər tərəf camaatı zəmm və ittiham etməyə başladı. Bir tərəf deyir: nə üçün hökumət dumanı bu tezliklə qurub camaat istədiyini vermir ki, belə ürəkbulandırıcı hadisələr də vüqu olur? Digər tərəf camaatı töhmətləndirir ki, nə üçün camaat sakit olmur ki, hökumət də vəd etdiyi islahatı icra etsin. Lakin iş buradadır ki, indiyə qədər hökumət özü ittixaz etdiyi təriq ilə gedib qoşun gücü və şiddətli tədbirlər ilə qanunsuzluğu yatırmaq istəyirsə də, qanunsuzluq və nizamsızlıq yatmır, daha da kəsbi-şiddət edir. İndi vaxtdır ki, hökumət həm özü üçün, həm də camaat üçün müzürr olan belə bir təriqdən əl çəkib, dumanın bu tezlikdə çağırılması ilə bu hərc-mərcə intəha çəksin və illa bu halda istər anarxiya, istər şədid əsgəriyyə tədbirlərini gözü görmək istəməyən əhalinin əhvalı təhəmmülfərsadır. İstər anarxistlər tərəfindən, istər hökumət tərəfindən icra olunan qətl və edamlar binəva əhalinin qəlbinə son mərtəbə ağır təsir etməklə bərabər, bir-birinin üstünə artmış ehtiyacın da dəf və rəfsiz qalması xalqın ölü və diriliyini davama naqabil edir...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info