Qonaq Kitabı
RUSİYANIN HALINA DAİR

Rusiyada “dumasız dövran” hülul etdi. Hülul edib də istər əhalidən ötrü, istər hökumətdən ötrü acı səmərələrini göstərməyə, hiss etdirməyə başladı. Bir tərəfdən duma qorxusundan arxayınlaşmış qoloşapovlar mötəd qırğınları orada-burada işə keçirirlər, xuliqanlar isə, ələlxüsus mədəniyyətli ədd olunan xuliqanlar, onların əlinin altında cəsarəti ötmüş bir sitizəlik ilə çalışırlar. Zatən qorxaq və kişilikdən ari olan xuliqan və müfəttinlər indi fürsətdən istifadə edib, bütün namərdliklərini meydana çıxardırlar.

Digər tərəfdən duma bağlanması ilə son ümidlərin itirmişlər, bu “dumasız dövran”ın təzyiqinə tab gətirməyəcəyini düşünüb, üstlərinə çökmüş bu ağırlığı geri tullamaq üçün hərəkəti-inqilabcuyanə ibraz etmək təşəbbüsündə bulunurlar. Şayani-diqqət burasıdır ki, indi bu təşəbbüs duma bağlandıqdan bəri əvvəlcə qanun içində zühura gəlir. Məmləkətin ticarət və sənayesi pozuq idi və hökumətin dostu olan burjuaziyanı pərişan hala salan fəhlə tətili, hökumətə hər gün bir neçə milyon zərər və ziyan yetirən və lal-kar qoyan poçta-teleqraf tətili, dövlətin əl-ayağını bağlayan və bütün yolları hökumətin cəza və cəbr üçün göndərilən qoşununa məsdud edən dəmir yol bağlanması, qeyri münəzzəm və qeyri müsəlləh əhali dəstələrinin hücumları hökuməti o qədər vahiməyə salmırdı, artıq bir əndişəyə sövq etmirdi. Hökumətin ən böyük qorxusu – onun ən böyük ümidi olan qoşun idi. O idi ki, hökumət bütün ciddü cəhdini buna münhəsir etmişdi ki, inqilab “mərəzi-misri”sinin “mikrobları” qoşun içinə sirayət etməyinə bacardıqca mümannət göstərsin. Hökumət səy edirdi ki, keçən Vladivostok, Kronştadt və Sevastopol hadisələrini pərdələsin, unutdursun. Təlaşı bu idi ki, dəxi bir də Şmidtlər zühura çıxarmasın. Lakin, görünür ki, hökumətin planları baş tutmadı, səyi və təlaşı arzu olunan bəhrəni vermədi. Qoşun içində şuriş başlandı.

Kronştadt qoşunu  içində iğtişaş baş verməsi duma bağlandıqdan sonra Rusiyanın birinci böyük hadisəsidir. Bu hadisəyi-ənzar aləmi cəlb edib də, “dumasız dövran”ın acı səmərələri olduğundan heç bir kəsi şəkkə salmır.

Indi asan bir vəchlə dumanı buraxmış hökumət bu acı səmərələri rəf edə biləcəkdirmi? Budur məsələ!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info