Qonaq Kitabı
DUMA BURAXILDI

Duma buraxıldı... Bu iki kəlmə yalnız bir Rusiya deyil, bütün aləmi əsəbi bir hərəkətə, laənşüur bir qələyana gətirib, əqəbincə də məbhut və mütəhəyyir qoyub. Onun bədində də “dərin və qara fikirlərə qərq edir” – desək xəta etmərik. Dumanın buraxılmağını şiddətdə arzu edənlər dəxi, zənn edirəm, bu iki sözdən əvvəl dəfə xof və hirasə düşürlər. Dumanı ümidgahi-yeganə ədd edənlərə isə bu iki söz öldürücü bir əsər çırpar...

Duma buraxıldı... İkinci duma 1907-ci sənə fevralının iyirmisində qurulacaqdır... Lakin bu bir təsəllidirmi? İşlərin vəziyyətini dürüst mülahizə edərsək, bir təsəlli yeri qalmadığını kəmali-qəm və kədər ilə düşünərik. Bu duma hökumətin öz məramınca yığılmışdı, yəni dumaya vəkil seçkisi camaat tələb edən tərz ilə deyil, hökumət qoyan qərar ilə icra olunmuşdu. Onunla belə indiyə qədər hökumət öz məramınca yığılmış duma ilə münaziə və mübarizədə idi. Görünür ki, dumanın yığılmasına izn verib də, axırda öz iznindən peşiman olmuşdu. Indi aşkardır ki, ikinci duma yəni ikinci dəfə dumaya vəkil seçkisi əvvəl gündən yazşı olacaqdır. Demə ki, heç bir halımız gərək olmasın.

Millət, dumanın naqis seçkisinə bir o qədər əhəmiyyət verməyib, bu birinci dumaya dprd əl-ayaqlı yapışmışdı. Çünki son ümidi bu dumaya idi. Duma qurulduqdan sonra millət islahat gözləyirdi. Öz əsirvar halının yaxşılaşmağına müntəzir idi, əsirçilərin tərəddüd və təbəidi intizarında idi. Dumanın buraxılmasını isə heç kəs göz önünə almayırdı, çünki axırıncı ümidini itirmək istəmirdi. İndi duma buraxıldı... O son ümid itmədimi?

Demək olur ki, bundan sonra Rusiyada dəxi digər bir dövran “dumasız dövran” başlanacaqdır. Və bu dövran əqəllən səkkiz ay davam edəcəkdir. Bunun neçə bir dövran olacağını Allah bilir. Amma şəksizdir ki, “dumasız dövran”işə müdaxilə etməkdən məhrum edilmiş milləti böyük bir hüzn və mükəddər içində saxlayacaqdır. Bu gündən etibarən qabağımız qalın bir duman ilə tutulubdur. Fəqət gec-tez bu duman çəkilər və qabaq görünər. Lakin nə görünər? Vəhşətli bir mənzərəmi?.. Onu da Allah bilir!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info