Qonaq Kitabı
VƏDƏ

Vədə bizə behişti rövzəxan verir,

Köhnə ölülərə yenidən bir də can verir.

     Əvvəl özü süud eyləyir ərşi-minbərə,

     Cənnətlər içrə sonra bizə o, məkan verir.

Hurilər ilə eyləyir o, qol-boyun bizi,

Bir kərbəlayıya iki yüz nazlı can verir.

     Nazik don içrə ağ bədəni cilvələndirir,

     Ağ üstüxan içində ilikdən nişan verir.

Hacıları behiştə sürür o, sürü-sürü,

Mollaları bu kəlləyi-gavə çoban verir.

     Bir meminə behiştdə yüz min şəhər satır,

     Hər şəhr içində binlər ilə ğəncatan verir.

Fikrincə rövzəxanın, oyunxanədir behişt,

Hər bambılı və bitliyə orda məkan verir.

     Hər burnu fırtılıxlını cənnətlik eyləyir,

     Hər oğruya, adamcıla izzət və şan verir.

Beş şahıya salır içəri yol kəsənləri,

Pul verməyənlərə neçə föhşü yaman verir.

     Hər nə olursan ol, iki pul ver, musurman ol,

     Kafir də olsa, qəbzi-behişti nihan verir.

Əlhasil, arzuya yetişmək deyil çətin,

Qırx gün məhərrəmi, diləsən, hər zaman verir.

 

Kefsiz

“Molla Nəsrəddin”, 1912, â„– 1.  



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info