Qonaq Kitabı
DEYİRLƏR

Deyirlər ki, İran düzəlmiş əyandır,

Elə düz, elə düz, deyirsən kəmandır.

Axır qan elə bil ki, abi-rəvandır,

Əcəl badi işbu zəminə vəzandır,

Ölən yox, gülən yox, həmandır, həmandır.

 

Deyirlər gedir yaxşı kari-hökumət,

Nə cəngü cidalü, nə dava, xüsumət,

Qoyun ilə qurd otluyur biəziyyət,

Deyirlər, fəqət mən inandım, yalandır.

Həmandır, həmandır, həmandır, həmandır.

 

Həman xəlqi-İran divanəgantək

Cırır bir-birini qudurmuş qabantək.

Bədənlər düşür xakə bərgi-xəzantək

Kəsadi-xirəddir, beyinlər səmandır,

Həmandır, həmandır, həmandır, həmandır.

 

Deyirlər ki, Bəndərgəz içrə müsəlman,

Müsəlmanı qırmış, edib şəhri viran,

Uşaq, övrət, erkək təmamən hərasan.

Dağılmış biyabanə yeksər dəvandır,

Zarıltı, sızıltı və ahü fəğandır.

 

Şulux, ərdoluqdur deyir mülki-İran,

Nə Təbriz, Kirman, nə Gilan, Tehran,

Vəkillərdə həycan, vəzirlərdə böhran,

Həman köhnə qapı, həmanca dabandır,

Həmandır, həmandır, həmandır, həmandır.

 

Nə həngamədir bu, nə halətdi, yarəb.

Nə vəhşət, nə şiddət, xəriyyətdi, yarəb.

Nə qovğa, nə məsnəd, niyabətdi yarəb.

Bitibdir məgər vəqt, axır zəmandır,

Amandır, amandır, amandır, amandır,

Sirişki-dərunim gözümdən rəvandır.

 

 

Kefsiz

“Molla Nəsrəddin” 1911, â„– 40.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info