Qonaq Kitabı
ORUCLUQ

Açıldı nobəharımız, orucluq oldu aşikar,

Olundu saz karımız,  yenə bəzəndi hər kənar,

Behiştdir diyarımız, təmam pullu, maldar,

Behiştlikdi yarımız, bəy ilə xan, mülkədar,

Böyükdür ixtiyarımız bizə durublar intizar,

Səğarımız, kübarımız görsənə gərək nərəvar

Edək gərək bu milləti,

Tüfəng, tir ilə şikar.

Bu mahi-meymənət əsər, olan dəqiqə runəmun,

Bulur nişat qəlblər, sürur, eyşi-dəm füzun,

Gedir məlal, qəm, kədər, dolur fərəhlə dargun,

Plov, əriştədir səhər, təamhayi-gunəgun.

Və qism-qism meyvələr, gavalıdır, üzüm, qavun,

Olunca şam, süfrələr, qabağımızda bisükun,

Gözəllər, çəkir, tökür,

Kəbab, abi-xuşgüvar.

O dəm ki, söylənir əzan, vururlar təbli gümbəgum,

Kəmali-nazilə həman, axund incidir qüdum.

Dolu yeyinti ilə xan, açım zəmanı cümlə sümm,

Xiyar, sirkəli soğan, qovurma, cürbəcür ləhum,

Edəndə “həmlə” molla can, bütün güruh edir hücum.

Sən ey fəqir! Qal yavan, plov, çığırtma umma, um!

Gözünü ey zəlil, yum,

Belini bağla üstüvar.

Təmami-ehsan, aş, plov bizimkidir, sizin deyil,

Kükü, kərə, kabab, çilo bizimkidir, sizin deyil.

Müridimizdir el hamu, bizimkidir, sizin deyil,

Axı biz “alim”ik, ziba! Bizimkidir, sizin deyil.

Məgər zərafət işdi bu! Bizimkidir, sizin deyil.

Çəkil-çəkil, bero-bero! Bizimkidir, sizin deyil.

Dolan, dilən qapu-qapu.

Ğəmini eylə aşikar.

Əl aç, sızılda kubəku,

Elə dəmadəm ah-zar,

Elə və xuni-dil nisar.

 

Kefsiz

“Molla Nəsrəddin”,  1911, â„– 32.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info