Qonaq Kitabı
TAPMACA

Saqqalı uzun, guşi pühən, naqədəhəndir,

Alnı iki barmaq, gözü dar, boynu kərəndir,

Qamətdə uca, əqldə alçaq, döşü kəndir,

Yüzyaşlı, beli əyri, özü piri-kühəndir.

Gamuş nəfəs, gav qədəm, fil bədəndir,

Əfalı fitən, kari hiyəl, hərfi çərəndir,

Rəftarı acı, söhbəti duzsuz, hədərəndir,

Xudbin, xudavəndi-xirəd, sahibi-fəndir,

Ağzına qapaq xəlqin, ayağına rəsəndir,

Yanında iki kəlmə danışmaq qədəğəndir.

Hatif! Bunu bildir mənə, hansı kəsəyəndir?

 

Kefsiz

“Molla Nəsrəddin”, 1911, â„– 31.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info