Qonaq Kitabı
NÜMUNEYİ-MAZİ

Rəhmətullah... əyyühəl-qazi,

Ey yeganə nümuneyi-mazi.

Məclisin təkcə vəzpərdazi,

Köhnələr həmxəyal, həmrazi!

Tazəliklərdən olmuyan razi!

 

Sənsən, əlhəqq, qəmişətül-üləma,

Mənbəi-cəhl, fasiqül-füsəqa

Muşi-ənban, firqeyi-büdəla,

Gürbeyi-düzdi-xaneyi-füqəra

Rəhmətullah... əyyühəl-qazi!

 

Ərz edir xəlqə şəklin insanlıq,

Paltarından yağır müsəlmanlıq,

Bəllidir surətində şeytanlıq,

Ən əzəldən işindi kənkanlıq

Ey yeganə nümuneyi-mazi!

 

Sədri-məclisdə sən dutanda məkan,

Qalmayır bir nəfərdə ruhi-rəvan.

Kim hüzurində dinsə, biiman,

Kim sana zidd getsə, lap malaqan,

Məclisin təkcə vəzpərdazi!

 

Vəzin ancaq hekayəti-Musa,

Nəqli-İdris, Nuhilə İsa,

Şəkk, səhv, nifas, istibra,

Mədh, tərifi-cənnətü hura,

Köhnələr həmxəyal, həmrazi!

 

Lən, təkfir üçün zəbanın tiz,

Ağzının kaxını şərarət riz,

Arifə söhbətin küdurətbiz,

Cümlə fitvaların fitənamiz.

Tazəliklərdən olmuyan razi!

Yoxdu mislin sənin məhal içrə,

Ey yeganə nümuneyi-mazi!

 

Kefsiz

“Molla Nəsrəddin”, 1911, â„– 27.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info