Qonaq Kitabı
BƏXTƏVƏR GƏNCƏ

Nə dərdin var sənin, Gəncə?

Səfalı, güllü bağın var.

Güvənsən var yeri, bəncə,

Ki, ol bağ içrə zağın var.

 

Gilasın çox, kefin kökdür,

Soğan, kartoflu yük-yükdür.

Məarif bəncə bir tükdür,

Cəhalət misli-dağın var.

 

Nə çoxdur səndə bahümmət.

Qəni və sahibi-sərvət;

Şücaətli və pürqeyrət,

Ədədsiz qolçomağın var.

 

Misal olmaz sənə Baku,

Mərəndü Xoy ilə Maku.

Sözün doğru, işin niku,

Sənin özgə səyağın var.

 

İgitdir bəylərin, xanın,

Axundun, seyyidin, canın,

Gözü aydın ki, mollanın,

Dəvə, qatır, ulağın var.

 

Qabaqsan dəstəbazlıqda,

Dəsisə, fitnəsazlıqda,

Əhədsən qanmamazlıqda,

Nə dalın, nə qabağın var.

 

Qoçubazlıq işi moddur,

Bu sənət yaxşıca xoddur.

Yanarsan ha... Saqın, oddur,

Oda yoxsa mərağın var?

 

Gözəl işdir təkəbbürlük,

Əbəsdir əl və sözbirlik.

Qoyub əhlin papağı dik,

Bihəmdüllah, dəmağın var.

 

Bəyənmir bir-birin yeksər,

Çəkir yekdigərə peysər,

Piçaq, pişdov, qəmə, xəncər,

Yaman gözdən irağın var.

 

Sözümə etgilən diqqət,

De əhli-Gəncəyə hər vəqt;

Ələ düşməz belə fürsət,

Nədir millət, nədir rəfət.

 

Kəsən sərişteyi-ülfət,

Cəhan sizdən edə nifrət;

Nə insanlıq, nə minsanlıq,

Gözün, başın, qulağın var.

Ayıbdır, solu sağın var,

Təməddündən fərağın var,

Yekə başda papağın var.

 

 

 

İmza: (Tut-bit)

“Molla Nəsrəddin”, 1911, â„– 23.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info