Qonaq Kitabı
“Səqahüm rəbbühüm cami” məni sərməsti yar etmiş

“Səqahüm rəbbühüm cami” məni sərməsti yar etmiş,

Bu viran könlümü gəl gör necə rəşki-bahar etmiş.

 

Süxən saz eylərəm gəh-gəh Nizami kimi Xosrovdan,

Irəm bağında bir laçın nə xoş Şirin şikar etmiş!

 

Məni aləmlərə faş eylədi o saniyi-Leyli,

Məni ol dilbəri-şirinsüxən Məcnuni-yar etmiş.

 

Mürüvvətdi, aman, yarəb, səbəb noldu ki, bu gərdun

Məni ol dilbəri-məstin gözündə böylə xar etmiş?!

 

Gətir, saqi, meyi-rəngin, məni azad qıl qəmdən,

Bu gün piri-müğan bu külbəni darül-qərar etmiş.

 

Edib tərhi-binayi-bəzmi-işrət bu xərab evdə,

Məni-biçarəni məsti-şərabi-xoşgüvar etmiş.

 

Mən indi eşqdən laf urmanam, ol xosrovi-xuban,

Məni ruzi-əzəldən aşiqi ol gül’üzar etmiş.

 

Əgər ki, aşiqə cövr eyləmək mə’şuqə adətdir,

Məni ol nazənin dilbər əcayib dağidar etmiş.

 

Dəvayi-dərdi-hicran səbr imiş, etdim yəqin, amma

Nəbatinin şikənci-tari-zülfi biqərar etmiş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info