Qonaq Kitabı
Sənsiz, ey gül, könlümün bir dəm qərarı yoxdu, yox!

Sənsiz, ey gül, könlümün bir dəm qərarı yoxdu, yox!

Səndən özgə neyləsin, bir qəmküsarı yoxdu, yox!

 

Dərdi-hicrin çarəsin hərçənd bildim səbr imiş,

Neyləyim, billah, bu dəryanın kənarı yoxdu, yox!

 

Leyli! Leyli! – söyləyib çoxlar deyir kim, aşiqəm,

Leyk Məcnun tək onun bir dağdarı yoxdu, yox!

 

Hər xəzanın bir baharı onsuz olmaz, olmasın,

Bu çöl olmuş gülsitanın bir baharı yoxdu, yox!

 

Gülləri, bülbülləri, abü havası çox gözəl,

Heyf kim, bu gülşənin bir gül’üzarı yoxdu, yox!

 

Hiç eybin yox, gözəllik hamı səndə cəm’dir,

Neyləyim amma ki, əhdin e’tibarı yoxdu, yox!

 

Sən nə bəslərsən bu tərlanı, Nəbati, ruzü şəb?

Mən bu dağı çox dolandım, bir şikarı yoxdu, yox!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info