Qonaq Kitabı
Bilsəm əgər xoş gəlir ol güli-xəndanə rəqs

Bilsəm əgər xoş gəlir ol güli-xəndanə rəqs,

Tari bilir, eylərəm mən necə məstanə rəqs.

 

Həddi nədir mütribin rast qıla qəddini,

Orda ki, istər edə aşiqi-divanə rəqs.

 

Pərdə üzündən əgər salsa mənim dilbərim,

Ariz olur ərşdə mehri-dirəxşanə rəqs.

 

Kimdi bu şirinsüxən bülbüli-xoşdastan,

Zümzüməsindən düşüb səhni-gülüstanə rəqs.

 

Ol büti-mövzun əgər, əzmi-gülüstan edə,

Nəxli-qədindən düşər, sərvi-xuramanə rəqs.

 

Nami-xuda, mərhəba, arizi-tabanə bax,

Şə’şəəsindən düşüb şəm’i-şəbistanə rəqs.

 

Harda qalıbdır genə saqiyi-gülpirəhən,

Ta sala bir cam ilə həlqeyi-rindanə rəqs.

 

Gərm elə həngaməni, gəl genə bir gərdişə,

Ta eləsin dəmbədəm sağərü peymanə rəqs.

 

Hümməti-piri-müğan hər kimə yar oldu, ol

Düşdü xərabat əra, eylədi mərdanə rəqs.

 

Saqi, bu əldən əgər versə şərab, et yəqin,

Məst olu, meydən edər aqilü fərzanə rəqs.

 

Sövti-neyü naydən, aləm olub pürsəda,

Naleyi-dəfdən gəlib mütribi-xoşxanə rəqs.

 

Təl’əti-Leyli əyan oldu genə dağdən,

Gülğüli-Məcnun verib şiri-biyabanə rəqs.

 

Dağyaran oğlan hanı, noldu o Fərhadi-div,

Tişə səsindən düşə günbədi-gərdanə rəqs.

 

Etsə Nəbati əgər şövq ilə bir cür’ə nuş,

Şurü nəvadən salar ərseyi-dövranə rəqs.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info