Qonaq Kitabı
Nə şahü nə gədayəm, nə yesir, başımda halət var

Nə şahü nə gədayəm, nə yesir, başımda halət var,

Nə qəmlə aşinayəm, nə fəna bəzmimdə rahət var.

 

Könül, amma məhəbbət bəhrinə min gəz səfər vardı,

Bilir təb’i-vücudimdə səri-eşqə məhəbbət var.

 

Əgər Şirin üçün dağ dəldi derlərsə Fərhadə,

Vəli, hər gündə min dağdələr Fərhadə nisbət var.

 

Nəbati mey içər, məhbub sevər derlərsə, gerçəkdir,

Kəmal əhli gözəl sevməkdə bir başqa həlavət var.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info