Qonaq Kitabı
Meydə nə lütf, ey pəri, nəş”™ə odur ki, səndə var

Meydə nə lütf, ey pəri, nəş’ə odur ki, səndə var,

Abi-həyat ləzzəti ləblərini əməndə var.

 

Etmə nəzarə sünbülə, sal yerə müşkü ənbəri,

Tabü təravət istəsən, zülfi-şikən-şikəndə var!

 

Qönçə nədir ki, mən ona nisbət edim dəhanına,

Əhməri-gül-üzün kimi lalə nə, hər çəməndə var.

 

Qəddini sərvə oxşadan əhməqi gör, kəmalə bax,

Sərvdə böylə xoş yeriş, ya belə işvə, xəndə var?

 

Qəm yemə çox da, ey cünun, yoxdu nəziri dilbərin,

Bu deyilən nişanələr, hamısı Gəzgəzində var.

 

Qılma nəzər zümürrüdə, qədri nədir zəbərcədin,

Incə, sədəf dişin kimi lə’l nə hər dəhəndə var!

 

Hansı gülün şəbahətin etmək olur cəmalına?

Harda bu tövr ab-rəng, susənü nəstərəndə var?

 

Navəki-çeşmi-məstini etmə driğ bəndədən,

Şuri-şərabi-eşqə bax, naləni gör ki, məndə var!

 

Sən mənə ruhi-tazəsən, göydə Məsihi neylərəm?

Billah, onun kəraməti sən kimi gülbədəndə var!

 

Çox da uduzma əqlini, qənd deyil, şəkər deyil,

Mən deyirəm ki, ol gülün, halına bax, özündə var!

 

Aşiq olan dözər məgər mən bu sözü desəm ona,

Kim, nə əcəb nəzakəti ol sənəmin çəmində var.

 

Kim nə bilir ki, Azəri saldı nə halə eşq odu?

Olsa xəbər bu qissədən, eşq oduna düşəndə var!

 

Eşq sözün nə anlasın çöldə gəzən o lənglər,

Yüz min əcib güftüku bu özünü biləndə var.

 

Məndə hanı o eşq kim, bülbüli xarə yalvarım,

Təşneyi-zövqi-ətri-gül seyrə çıxıb dərəndə var!

 

Badi-şimal, saqiya, getdi bu dəm bəhardən,

Dur ki, səfa bu fəsldə məst oluban düşəndə var.

 

Alma qulağa vaizin pəndini, etmə ictinab,

Qüvvəti-ruhü cismü can mütribi-xoşsuxəndə var.

 

Çareyi-dərdü qəm bu dəm gərdişi-cami-meydədir,

Sən biləsən nə ləzzəti bir neçə cam içəndə var!

 

Çəkdi sözün nəhayəti bir yerə kim, yetişməz əl,

Hanı dilim deyim, bu mey cami-Əbulhəsəndə var.

 

Gövhəri-taci-”innəma”, sərvi-riyazi-”Həl’əta”,

Xətmi-Rəsul Əhmədin göydə yolun kəsəndə var.

 

Rəzm günündə düşmənin həddi nədir davam edə,

Heybəti-şəkli-əjdəha tiği-düsər dəmində var.

 

Sanma Nəbati hər kəsə üz tutub, iltica edə,

Tari bilir ki, gözləri bircə onun gözündə var.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info