Qonaq Kitabı
Mənim bu təb”™i-məcnunim genə bəzmi-şərab istər

Mənim bu təb’i-məcnunim genə bəzmi-şərab istər,

Əlimdə sağəri-zərrin, gözüm məxmuri-xab istər.

 

Rəfiqim bir büti-ziba, ənisim sağəri-səhba,

Əsasi-eyş pabərca, könül çəngü rübab istər.

 

Gəhi mütrib nəvasından fərəh bulsun dili-zarım,

Gəhi saqi əyağından ləbim şəhdi-müzab istər.

 

Bahar olcaq, müsəlmanlar, mənim bu gərdişi-könlüm

Özün meyxanə küncündə yıxıb məstü xərab istər.

 

Sənəmlər səcdəsi qılmaq Nəbati pişəsi olmuş,

Özün bütlər ayağında təkəllüfsüz türab istər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info