Qonaq Kitabı
Mənim bu natəvan könlüm genə fəsli-bahar istər

Mənim bu natəvan könlüm genə fəsli-bahar istər,

Həmişə bülbüli-şeyda kimi bir mürğzar istər.

 

Gəhi bir gül ayağında düşüb məstanə xab etmək,

Gəhi saqi ayağında şərabi-xoşgüvar istər.

 

Edib sünbüllərin dəstə, tamaşa eyləyib sərvə,

Gəzib seyr etməyə hərdəm kənari-cuybar istər.

 

Əlində sağəri-badə, çəkib qümri kimi nalə,

Yanında bir büti-ziba, pərivəş, gülü’zar istər.

 

Özü gül, kakili sünbül, dəhanı qönçeyi-tazə,

Mələkmənzər, qəmərtəl’ət, siyəh çeşmin xumar istər.

 

Nə təqsir etmişəm, bilməm, neçün ol xösrövi-xuban,

Məni-biçarəni daim pərişan-ruzigar istər?

 

Xəcalətdən görüm qurtarmasın hərgiz bu aləmdə

Ki, hər kim aşiqi bir xəstə tək xəlq içrə zar istər!

 

Məlamətdən başı ayrılmasın, daim məlul olsun,

Məni əmsalü əqran içrə hər kim şərmsar istər!

 

Nəbati bilmərəm, yarəb, nə halət hasil etmiş kim,

Özün bu əhli-dünyadən həmişə bərkənar istər?!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info