Qonaq Kitabı
MƏŞƏDİ KABİLİN TƏBRİZ SƏFƏRİ

Məşədi Kabilin başı çox qarışıq idi, cürbəcür “vajnı” işləri var idi ki, bunların hamısını bir-bir düzəltmək lazım idi. Bir işi o idi ki, gərək oğlunu işkolaya qoysun, ondan sonra qızını köçürsün və bunlar hamısı keçəndən sonra Təbrizə gedib mal gətirsin və dükanını olduğu yerdən ayrı bir yerə köçürsün və bundan başqa o qədər xırda işləri var idi ki, bəzi vaxt heç başını qaşımağa da macalı olmurdu.

Məşədi Kabilə məsləhət gördülər ki, əvvəlcə Təbrizə gedib dükan işlərini düzəltsin, sonra o biri işlərini şüru etsin.

 Məşədi razı oldu və başladı Təbrizə səfərə hazırlaşmağa...

Söyləyirlər ki, London ingilisləri bazardan evlərinə bir parça kağız yazıb göndərirlər ki: “Məni nahara gözləməyin, Hindistana gedəcəyəm”. Və arvad-uşağı ilə görüşməyi qayıdan başa qoyub, paroxoda minib gedirlər. Amma bizim müsəlmanlar nədənsə qürbətdən çox qorxurlar.

Odur, məsələn, Bakıdan Biləcəriyə və ya Şuşa qalasından Ağdama getmək lazım olanda çox bikef olurlar, arvad-uşaq da bikeflənir və yola düşəndə də az qalırlar ki, ağlaşma qursunlar.

İndi Məşədi Kabil də Təbrizə gedəcəyini yadına salıb, bir az bikef olmuşdu, arvad-uşaqlar da bikef idi. Ancaq bircə Kərbəlayı Səfinin vecinə deyildi. Pəncərənin ağzında oturub səfərə hazırlaşan Məşədi Kabili gözləyirdi və uşaqlara təsəlli vermək üçün deyirdi:

 İşin bu məqamı balaca uşaqların bir qədər kefini açdı. Balaca Səməd isə tək bir yemişlərə kifayət etməyib, bir Təbriz xoruzu da istədi.

 İki saatdan sonra min cürə dualarla, daldan su atmaqla, qapıya Quran çıxart-maqla Məşədi Kabili yola saldılar...

Bir saatdan sonra bazara xəbər düşdü ki, Məşədi Kabili paroxod qabağında öldürdülər!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info