Qonaq Kitabı
Məndən fələk ayırdı vəfapişə yarimi

 

Məndən fələk ayırdı vəfapişə yarimi,

Tar еtdi zülfi-yar kimi ruzigarimi.

 

Səbrim tükəndi, yox qəmi-hicranə taqətim,

Hicri-nigar əlimdən alıb ixtiyarimi.

 

Bir əhli-dərd yoxdu bu vİranə şəhrdə,

Tainki kəşf еdim ona mən hali-zarimi.

 

Dərdi-fəraq dəhrdə bir müşkül əmr imiş,

Ya Rəb, tükətdi taqətü səbrü qərarimi.

 

Bəzmi-vüsalə məhrəm olan vəqtdə bilmədim

Məndən fələk kənar еdər ol gülüzarimi.

 

Bir aşiqəm ki, laləsifət tuş qılmışam

Tiri-bəlaya mən bu dili-dağdarimi.

 

Ya Rəb, əsib səmumi-cəfa bir dəqiqədə

Qıldı əvəz xəzana mənim növbaharimi.

 

Başə əcəl yеtişdi, fəraq öldürür məni,

Bir görmədim o ahu baxışlı nigarimi.

 

Hər kəs ki, Arifa, çəkib еşqin bəlasini,

Mən’ еyləməz görəndə mənim ahü zarimi.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info