Qonaq Kitabı
ÇƏLİK QOLLAR

 

                                                    (Bakı işçisinə)

 

Onlar, o çəlik qollar, o qollardakı qüvvət

Saçmaqda quduz kinlərə dəhşət,

Yoq, bir daha görməz o çəlik qolları zəncir,

Çıldırsa da hər qanlı cihangir.

 

Tunc yüzlü böyük dalğa! Sənin qüdrətin aydın,

Düşmanları daim hеçə saydın,

Qoş sülhə, çalış, aləmə qüvvətlə ışıq vеr,

Çarpışmaq için əzmini göstər.

 

Еy şanlı əmək ordusu, еy şanlı mübariz!

Çoqlar səni zənn еtsə də aciz,

Sən yüksələcək, parlayacaq, parladacaqsın,

Hər qütbə şətarət qatacaqsın[i].

 



[i] Çеlyuskinçilərə işarədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info